Əsas Səhifə > Şou-biznes > “VIA Qra” daha olmayacaq...
“VIA Qra” daha olmayacaq...27-05-2025, 05:41 |
Axşam.az xəbər verir ki, bu barədə məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqram səhifəsində məlumat yayıb. O, “VIA Qra”nın sonuncu mahnısı “Galileo”nu təqdim edərək bunları yazıb: "25 il ərzində bu layihədə mənimlə birlikdə çalışan hər kəsə - müğənnilərə, musiqiçilərə, administratorlara, aranjimançılara, səs rejissorlarına, rejissorlara, stilistlərə, vizajistlərə təşəkkür edirəm. Bu, gözəl bir dövr idi, lakin bu dövr üçün nostalji hiss etmirəm". Qeyd edək ki, 2000-ci ildə Kiyevdə yaradılan “VIA Qra” qrupu 25 il ərzində postsovet məkanının ən populyar qadın musiqi layihələrindən biri olub. Bu müddət ərzində qrupun tərkibi dəfələrlə dəyişib, ümumilikdə 20-yə yaxın vokalist qrupda çıxış edib. Qrupun tanınmış solistləri arasında Vera Brejneva, Nadejda Qranovskaya, Anna Sedokova, Svetlana Loboda, Albina Canabayeva, Alyona Vinnitskaya var. Geri qayıt |