Əsas Səhifə > Onlar > Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır

Rusiyanın Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır


16-06-2025, 11:08

Rusiyanın payızda Moldovada keçiriləcək parlament seçkilərinə ciddi müdaxiləsi hazırlanır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Moldova prezidenti Maya Sandu yerli televiziyada xalqa müraciətində bildirib.

O qeyd edib ki, bu müdaxilə təkcə Dnestryanı Rusiya təsiri altında olan bölgədəki fəaliyyətlə məhdudlaşmır: "Rusiyanın planı bütövlükdə Moldovada vəziyyəti ələ almaqdır. Bunun üçün artıq start verilib".

Prezident xalqı dəstəklədiyini vurğulayıb, onu ayıq-sayıq olmağa çağırıb.


Geri qayıt