Əsas Səhifə > Onlar > Ermənistanda ordudan "azad olunma" haqqında qalmaqallı layihə parlamentin gündəliyinə daxil edilməyib

Ermənistanda ordudan "azad olunma" haqqında qalmaqallı layihə parlamentin gündəliyinə daxil edilməyib


17-06-2025, 11:15

Ordudan "azad olunma" haqqında qalmaqallı qanun layihəsi Ermənistan parlamentinin növbəti sessiyasının gündəliyinə daxil edilməyib.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu gün keçirilən iclasda hakim "Vətəndaş müqaviləsi" fraksiyası demək olar ki, tam tərkibdə layihəyə qarşı çıxıb. Burada vitse-spiker Akop Arşakyan istisna təşkil edib. Hətta layihənin müəllifi, deputat Hayk Sarkisyan da layihənin gündəliyə daxil edilməsinə qarşı səs verib.

Sənəd bundan əvvəl müdafiə komissiyasında mənfi rəy almışdı.


Geri qayıt