Əsas Səhifə > Onlar > FTX bu saytda əməliyyat keçirdi
FTX bu saytda əməliyyat keçirdi5-06-2025, 10:25 |
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda Ura.ru saytının redaksiyasında axtarış aparıb. "Unikal" xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, əməliyyat zamanı saytın iki əməkdaşı, o cümlədən redaktor Denis Allayarov saxlanılıb. Məlumata görə, Ura.ru-nun redaksiyasında aparılan istintaq hərəkətləri 2021-ci ilin martında xarici agent kimi tanınan “Həkimlər Alyansı” qeyri-kommersiya təşkilatı tərəfindən nəşrin 2020-ci ildə maliyyələşdirilməsi ilə bağlı ola bilər. Geri qayıt |