Əsas Səhifə > Ana xəbər / Güney Press / Region / Manşet > KOLLECDƏ QALMAQAL: Valideyn "vermişəm", direktor "almamışam" deyir
KOLLECDƏ QALMAQAL: Valideyn "vermişəm", direktor "almamışam" deyir18-06-2025, 11:33 |
|
Tovuz rayonu Məşədilər kənd sakini, təqaüdçü İbrahimov Akif Əli oğlu mətbuat üçün video müraciət paylaşıb. Onun müraciəti Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyyubova ilə bağlıdır. Belə ki, Akif İbrahimov video müraciətində iddia edir ki, kollecin aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevə görə onun anası kollecin şöbə müdirinə 600 AZN, direktorun özünə isə 900 manat pul verib. İndi isə direktor Hicran Əyyubova bunu boynuna almır. Akif İbrahimov müraciətində onu da bildirir ki, aqronomluq fakültəsinin 3-cü kurs tələbəsi Şəhriyar Quliyevin anası Xatirə Uğuzova əlavə olaraq, Hicran Əyyubovaya çatacaq qızıl üzük, 140 manat dəyərində ətir və şokolad bağlamasını onun Lamiyə adlı müavininə verib. İndi direktor bunları danır, Şəhriyar Quliyevin diplomunu almasına kömək etmir. Vəziyyəti belə görən Xatirə Uğuzova DİN-nin 102 çağrı mərkəzinə müraciət edib. Olunan şikayətdən ehtiyatlanan Hicran Əyyubova tələbənin anasına zəng çalaraq, Şəhriyar Quliyevə diplom veriləcəyini bildirib, qarşılığında şikayətini geri götürməsini xahiş edib. Geri qayıt |