Əsas Səhifə > Ana xəbər / Olay / Manşet / Güney Press > Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?
Xətai rayonunda qanunsuz tikintiyə hansı məmur icazə verib?23-06-2025, 11:17 |
|
Xətai rayonunda növbəti qanunsuz tikinti XALQ daxil olan məlumata görə Xətai rayonu Cavanşir küçəsində qanunsuz tikinti işləri aparılır. Qanunsuz tikinti hasara alınaraq həyata keçirilir. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayon İcra Hakimiyyətinin razılığı əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Xətai rayon icra hakimiyyətinə sorğu verilsədə heç bir cavab verilmədi.
Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.
Həmin qanunsuz tikintinin fotonu təqdim edirik:
Geri qayıt |