Əsas Səhifə > Ana xəbər / Güney Press / Manşet / Olay > Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi...
Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi...28-06-2025, 11:17 |
"Şikayətim "Kristal" tikinti şirkətindəndir (əvvəlki adı "Kristal Abşeron"). "Park Əcəmi" layihəsində mənzillərin yarıdan çoxunu təhvil versələr də, yuxarı mərtəbədə yerləşən mənzilləri təhvil vermək fikirləri yoxdur..." "DİA-AZ" xəbər verir ki, bu barədə narazılıq edən vətəndaş deputat Ağalar Vəliyevə məxsus olan "Kristal" şirkəti ilə bağlı şikayətlərinin də qulaqardına vurulmasından gileylənir. Vətəndaş etirazına daha sonra belə davam edir: "2025-ci ilin may ayından bəri (artıq 3 ay olacaq) mənzilin divar kağızlarını və parketini vurmurlar. İş icraçıları, ustalar və layihə üzrə telefona cavab verən şəxslər hər dəfə bir bəhanə ilə vaxt uzadırlar. Müqavilədə qeyd edilən təhvil müddətindənən artıq 3-4 aya yaxın müddət keçib. May ayından bəri 2 ay ərzində bunlar divar kağızını vurub qurtara bilmirlər, hər zəngdə də 5 günə təhvil verəcəklərini bildirirlər. Müştərini bu formada və bu dərəcədə incitmək şirkərin imic və reputasiyasına çox böyük xələl gətirir..." Geri qayıt |