Əsas Səhifə > Ana xəbər / Manşet / İctimai / Güney Press > İcra başçısının "semiçka" pulu gələn obyekti...
İcra başçısının "semiçka" pulu gələn obyekti...5-09-2025, 08:33 |
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin obyekti aşkarlanıb.
Qlobal.az xəbər verir ki, obyekt icra başçısı Rafiq Quluyevin öz adına rəsmiləşdirilib.
İcra başçısının sözügedən obyekti Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşir. Obyektin ümumi sahəsi sənəddə 48 kvadratmetr göstərilir. Hazırda bu obyektin real bazar dəyərinin 300 min manat civarında olduğu deyilir. Qeyd edək ki, 1997-ci ildən Xətai rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Rafiq Quluyev 2019-cu ilin noyabr ayından icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yerli mediada Rafiq Quluyevin dəyəri milyonlarla ölçülən malikanəyə sahib olması barədə məlumatlar dərc edilib.
Qlobal.az Rafiq Quluyevin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, giriş 610 ünvanında yerləşən obyekti nə zaman alması barədə Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Qlobal.az
![]() Geri qayıt |