Əsas Səhifə > Ana xəbər / Manşet / Olay / Güney Press > “Azercell”in yeni qərarı abonentlərini NARAZI SALDI …
“Azercell”in yeni qərarı abonentlərini NARAZI SALDI …2-06-2025, 19:00 |
|
“Azercell”in yeni qərarına əsasən, fakturasız xətt istifadəçiləri üçün xəttin 30 gün ərzində aktiv saxlanması üçün 5 manat ödəmə tələbi tətbiq olunub. Yeni qərar abunəçilərin narazılığına səbəb olub. Tribunainfo.az xəbər verir ki, “Azercell” abonentləri yeni qərarın özbaşınalıq adlandırır. Emil Əliyev bildirib ki, “Azercell” bu açıq qanun pozuntusudur: “”Azərcell”dən növbəti özbaşınalıq və müştərini rəyini rədd edən hərəkətlər. Deməli, tarif oldu-olmadı, fərq etmir, ən azı 30 gün xəttinin aktiv olması üçün ən azı 5 azn ödəməlisən. Digər “Azercell” abunəçisi Məsumə Əkbərli də yeni qaydadan narazıdır: “Ay ərzində mən 30 manat niyə yükləməliyəm ki? Xəttim açıq qalsın deyə? Biz ərəb şeyxi zadıq bəyəm?”. Xatırladaq ki, bu qayda 1 iyul tarixindən qüvvəyə minəcək. Geri qayıt |