Türkiyəli aktyor Ata Demirer çəki atmasının sirrini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor dietoloqlarla çalışdığını, ancaq təsirini görmədiyini bildirib:
"İllərlə dietoloqlarla işlədim, amma onlarınkı gündəlik kimidir. Pişiyə, itə biz yemek veririk. Onları o pəhrizlərlə arıqlatmaq olar. Amma insan bununla yaşaya bilmir. Yeriyərək arıqladım. Axşam və səhər çörək yemedim. Başqa sirrim yoxdur".