Top.Mail.Ru
BURDA SİZİN REKLAM OLACAQ!
Xəbər lenti
                                                 
Rövşən Nəcəf, niyə dəf olub getmirsən?! - AZARKEŞ ÜSYANI...
Bu gün, 16:23
Putinin adamı Bakıda - üçlü görüşün təfərrüatı
Bu gün, 11:27
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….
Bu gün, 11:24
Hüseyn Həsənova nə olub?
Bu gün, 11:22
Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib /FOTOLAR
Bu gün, 11:21
DUZSUZ NAXÇIVAN: Məmur tamahı... - “əl altından” 2 manata təklif olunur...
Bu gün, 11:17
Həmkarlar İttifaqında Yeni Rəhbərlik —Köhnə Oyunlar, Yeni Maskalar
Bu gün, 11:16
Adəm İsmayıl Bakuvi "Vəhdət" partiyasını satın alıb(?)! -Fürsətləri dəyərləndirməyi bacarır...
Bu gün, 11:13
Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...
Bu gün, 11:11
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
9-09-2025, 00:44
"Anamın yolunu davam etdirəcəyəm"
5-09-2025, 08:40
“Hacı xanım” məhəllədə hamını şantaj edir” - VİDEO
5-09-2025, 08:38
İlqar Məmmədov od püskürdü: - “Qarant tərəfin həmin o pozucunun başını yarması...”
5-09-2025, 08:35
İcra başçısının "semiçka" pulu gələn obyekti... - FOTO
5-09-2025, 08:33
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub - 16 mərtəbəli binada böyük cinayət
2-09-2025, 09:32
Hər bölümdən milyon qazanacaqlar
2-09-2025, 09:29
Meksikanı narkokartellər idarə edir - Trampdan İTTİHAM
2-09-2025, 09:28
Samuxa qoyulan pullar ÇÖLƏ ATILIR... - DE-FAKTO
2-09-2025, 09:27
Tovuzda camaata hansı şəraitdə ƏT SATILIR?.. - AQTA KOR OLUB?
2-09-2025, 09:25
Qarabağa ayrılan pullar PKK-ya BELƏ ÖTÜRÜLÜR... - ŞOK FAKTLAR...
2-09-2025, 09:23
Cavid Gül "Bakcell"dən şikayətçidir - FOTO
31-08-2025, 13:12
PKK-çılar QARABAĞDA: o qədər rahatdırlar ki... - Erin Mollaoğlunun KƏLBƏCƏRDƏ NƏ İŞİ?
30-08-2025, 12:56
Şəhid qardaşı səsinin edilmədiyini deyir... - MÜRACİƏT
25-08-2025, 07:53
Dövlət qayğısı adı altında OYUNBAZLIQ - şikayət
25-08-2025, 07:48
Tibb qardaşı CƏRRAHA ÇEVRİLİRSƏ... - VAY HALIMIZA...
25-08-2025, 07:43
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Elman Məmmədov
25-08-2025, 07:39
AZƏRİQAZ qaz itkisini BELƏ GİZLƏDİR - ÜZƏ ÇIXDI
25-08-2025, 07:36
Britaniyalıların 71%-i hökumətin qeyri-qanuni miqrasiyaya münasibətindən narazıdır - Sorğu
25-08-2025, 07:33
“İngilis pasportum var, amma azərbaycanlıyam”
25-08-2025, 07:30
Bu rektorların KİTABI BAĞLANIB - ADLARI...
25-08-2025, 07:29
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - DETALLAR
25-08-2025, 07:26
'100 min manat QAZANILDI ': YALANÇININ... - İFŞA...
25-08-2025, 07:23
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - DE FAKTO
25-08-2025, 07:20
Milli Məclisin biznesmen deputatları - "TOP-5"-də kimlər var?
14-08-2025, 05:34
Səbaildə söküntü qalmaqalı: İcra Hakimiyyəti xəbərsizdir? - BƏS, GÖRƏSƏN...
13-08-2025, 17:27
Trampa görə Naxçıvandan olan sürücülərə ZÜLM EDİRLƏR - Sürücülər deyir ki...
13-08-2025, 11:03
Proses tərəfləri yekun sülhə aparır - Professor
13-08-2025, 10:50
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar
13-08-2025, 10:48
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -kütləvi etiraz var
13-08-2025, 10:47
Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
13-08-2025, 10:45
Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
13-08-2025, 10:44
"Adam məlumatı dəqiqləşdirər, sonra verər" - QALMAQAL
13-08-2025, 10:42
Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb, İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq
13-08-2025, 10:40
"Aqroservis" ASC-də bir neçə rayon bölmə rəisinin dəyişdiriləcəyi gözlənilir - KİMLƏR GEDİR?
13-08-2025, 10:39
Xaraba günə qalan ŞABRAN... - VİDEO
13-08-2025, 10:37
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
13-08-2025, 10:35
AHİK-də “yenilik” şousu və reallığın acı üzü - BU NƏDİ BELƏ?
13-08-2025, 10:33
QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
13-08-2025, 10:31
Anar Quliyevlə Abdin Fərzəliyevin iş birliyi: Masazırda qanunszuz tikintiləri “KH İnşaat” necə icra edir? - VİDEO
30-07-2025, 17:50
Sabitlik hər an pozula bilər - Cəlaloğlu
30-07-2025, 11:43
 

"Azərbaycan xalqı öz iradəsini ortaya qoyub və bu, çox önəmlidir..."
Tarix: 11-07-2025, 13:28 | Çap et

Azad Vətən Partiyasının sədri Akif Nağı: “Hesab edirəm ki, bu iqtisadi maraqlar ən azından məcbur edəcək ki, Rusiya Azərbaycanla münasibətlərini düzəltsin və hər iki tərəf bunda maraqlı olduğundan münasibətlər tədricən yaxşılaşacaqdır...”
Moderator.az-ın suallarını cavablandıran Azad Vətən Partiyasının sədri Akif Nağı, iyunun 27-dən bəri, yəni Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda danışıb, baş verənlərin iki ölkənin münasibətlərinə təsiri, həmin münasibətlərin gələcəyi, həmçinin Rusiyada yaşayan soydaşlarımızın gələcək taleyi barədə fikir və mülahizələrini bölüşüb, Diasporlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə görə biləcəyi tədbirlərlə bağlı təkliflərini irəli sürüb.
- Akif bəy, iyunun 27-dən bəri, yəni Yekaterinburqda həmvətənlərimizə qarşı rəsmi qurumların törətdiyi işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnmiş məlum olaylardan sonra Rusiya və Azərbaycan arasında baş verənlər haqda gəldiyiniz son nəticə nədən ibarətdir?
-Əlbəttə, Yekaterinburqdakı o qanlı olaylar münasibətlərə mənfi təsir göstərdi. və çox arzuolunmaz bir prosesin başlanğıcı oldu. Hələ də başa düşmək olmur ki, bu hadisələri niyə törətdilər, nəyin intiqamını almağa çalışdılar. Lakin Azərbaycan öz cavablarını verdi və burada da həbslər, ictimai reaksiyalar oldu. Düşünürəm ki, Azərbaycan düzgün mövqe tutdu və Rusiya qarşısında geri çəkilmədi. Dünya da baş verənləri diqqətlə izləyib, postsovet məkanında bir dövlətin Rusiyanın qarşısına çıxdığını gördü. Azərbaycan xalqı öz iradəsini ortaya qoyub və bu, çox önəmlidir...
Xatırladım ki, 1990-cı il faciəli yanvar hadisələrində də Azərbaycan SSRİ-yə qarşı ilk ciddi müqavimət göstərən ölkə oldu. O vaxt da dünya Azərbaycan xalqının cəsarətini izləyirdi. Bu gün də Azərbaycan, 35 il sonra Rusiya qarşısında öz iradəsini bir daha göstərdi. Zənnimcə, Rusiya artıq bu hadisədən müəyyən nəticələr çıxarıb...
- Maraqlıdır ki, Rusiyada yaşayan azərbaycanlıların sosial şəbəkələrdə və media vasitəsilə verdiyi bəyanatlarla Rusiya hökumətinin mövqeyini dəstəkləyirlər. Bu nə ilə bağlıdır?
-Bəli, doğru qeyd edirsiniz. Rusiyada yaşayan bir çox azərbaycanlı sosial şəbəkələrdə və media vasitəsilə "hər şey qaydasındadır, Azərbaycanlılara qarşı heç bir təzyiq yoxdur" kimi açıqlamalar verirlər. Bu, açıq şəkildə Rusiya hökumətinin ehtiyacıdır, çünki onlar Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırlar. Bu bir növ yaxşı göstəricidir. Amma digər tərəfdən, Azərbaycanın ciddi mövqeləri də mövcuddur. Yekaterinburqdakı hadisələr zamanı iki azərbaycanlı həyatını itirdi, üç nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi və onların da vəziyyətinin necə olacağı hələ bəlli deyil... Bütövlükdə bu hadisələr Azərbaycan üçün çox çətin və ciddi məsələlərdir. İnsan həyatı qiymətlə ölçülə bilməz və hər bir ölkə üçün belə hadisələr arzuolunmazdır...
- Yekaterinburqdakı faciədən sonra Rusiyanın digər şəhərlərində də azərbaycanlılara qarşı repressiyalar törədilib. Bu haqda nə deyə bilərsiniz?
- Bəli, Yekaterinburqdakı hadisələrdən sonra Rusiyanın digər bölgələrində də azərbaycanlılara qarşı repressiyalar baş verdi. Məsələn, Moskva ətrafında tanınmış Azərbaycan diaspor rəhbərlərindən biri Elşən İbrahimov, heç bir səbəb göstərilmədən vətəndaşlıqdan məhrum edildi və ona vaxt qoyuldu ki, Rusiyanı tərk etsin. Nəticədə o Bakıya gəlməli oldu. Halbuki, Elşən İbrahimov həm Azərbaycan, həm də Rusiyanın maraqlarına xidmət edirdi. Yaxşı ki, bu günlərdə Rusiya jurnalisti Aleksandr Nevzorov öz video-çarxında Elşən İbrahimov kimi şəxsləri müdafiə edərək, bu cür insanları hədəf almağın düzgün olmadığını bildirdi. Rusiya hökuməti bu qərarları təkrar nəzərdən keçirməlidir...
-Baş verənlərdə bilavasitə Rusiya hökumətinin rolu nədən ibarətdir?
-Yekaterinburqda baş verən hadisələr və sonrasındakı qərarlar göstərir ki, Rusiya Azərbaycanın üzərinə hücuma keçib. Bu, 1990-cı ilin yanvarında rus qoşunlarının Bakıya girməsi ilə bənzər bir vəziyyət yaradır. Rusiya o zaçam olduğu kimi, indi də Azərbaycanı öz nəzarətinə qaytarmağa çalışır. Ancaq Azərbaycan xalqı bir daha öz iradəsini ortaya qoydu. 20 Yanvar hadisələrində Azərbaycan xalqı heç bir şəkildə geri çəkilməyəcəyini göstərdi və bu, bu gün də Kremldəkilərə bir mesajdır: Azərbaycanın xalqının iradəsini sındırmaq mümkün deyil...
- Nəticə olaraq Azərbaycan gələcəkdə necə bir mövqe tutmalıdır?
-Düşünürəm ki, Azərbaycan dünya səhnəsində öz mövqeyini daha da gücləndirəcək. Azərbaycan xalqı və dövləti Rusiyanın qarşısında geri çəkilməyəcək və bu da digər ölkələrə nümunə olacaq. Rusiya öz mövqeyini təkrar nəzərdən keçirməli və Azərbaycanın iradəsi ilə hesablaşmalıdır...
- Bəs bundan sonra şimal qonşumuzla münasibətlərimizin və orada yaşayan milyonlarla soydaşımızın taleyini necə görürsünüz?
-Təbii ki, Rusiya ilə münasibətlərimizin gələcəyi narahat edir, maraqlandırır hər kəsi... Rusiya böyük bir qonşumuzdur və Azərbaycan üçün böyük bir bazardır. Neftimizin xeyli bir hissəsi xaricə Rusiya ərazisi vasitəsilə Novosibirsk neft kəməri ilə çıxarılır. Rusiyanın da marağı var ki, öz ucuz neftini aşağı qiymətə Azərbaycana satsın. Yəni, arada ticari əlaqələr də var və hər iki ölkə qarşılıqlı şəkildə həmin ticari əlaqələrdən mənfəət götürür. Digər istiqamətlərdə də əməkdaşlıq mövcuddur və bu münasibətlərin nəyin bahasına olursa-olsun saxlanması Azərbaycanın da, Rusiyanın da marağındadır. Və hesab edirəm ki, bu iqtisadi maraqlar ən azından məcbur edəcək ki, Rusiya Azərbaycanla münasibətlərini düzəltsin və hər iki tərəf bunda maraqlı olduğundan münasibətlər tədricən yaxşılaşacaqdır...
Bununla belə, hər iki tərəf, ilk növbədə də Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalıdır. Rusiyada yaşayan həmvətənlərimizin taleyi isə, əlbəttə ki, hər birimizi narahat edən bir məsələdir. Xaricdə yaşayan hansısa etnik azərbaycanlı hansısa bir ölkənin vətəndaşı olsa da, olmasa da, onun vəziyyəti, ona olan hər hansı təzyiq-filan cəmiyyət olaraq da, dövlət olaraq da bizi narahat edəcək....
-Yəqin ki, dövlətin müvafiq qurumları da soydaşlarımızın taleyinə biganə qalmayacaq?
-Əlbəttə. İndən belə ilk növbədə Dövlət Diaspor Komitəsinin üzərinə ağır işlər düşür. Hesab edirəm ki, Diaspora Komitəsi Rusiyadakı Azərbaycanlara qarşı bu təzyiqlərin qarşısını almaq üçün nə etmək lazım olması haqda kompleks bir proqram hazırlayıb ortaya qoymalıdır. Mən təəssüf edirəm ki, indiyədək qədər Rusiyada baş verənlərlə bağlı Diaspora Komitəsinin səsini eşitməmişik biz. Özü də həmin hadisələr bu gün baş verməyib. Bildiyimə görə, ən azı son iki ildə Rusiyanın müxtəlif yerlərində Azərbaycanlara, xüsusilə diaspor fəallarına qarşı, diaspor rəhbərlərinə qarşı çox böyük təzyiqlər var...
Bundan əvvəl Arxangelsk, Pyatiqorsk və Yaroslavldakı Azərbaycan diaspor rəhbərlərinə qarşı təzyiqlər olmuşdu. Yəni bu cür hərəkətlər artıq gedir son iki ildə. Haqsız yerə Azərbaycan diaspor fəalları həbs edilir. Öncə dediyim kimi, son olaraq Elşən İbrahimovun həbsi heç bir ölçüyə sığmır. Bütün bunlara Diaspor Komitəsi kompleks şəkildə yanaşmalı, Rusiya hökuməti qarşısına məsələ qoymalıdır ki, bu cür təzyiqlərdən geri çəkilsinlər...
Əks halda hesab edirəm ki, əgər Azərbaycan diaspor təşkilatlarına təzyiqlər davam edəcəksə, Azərbaycanda Rus icması deyilən bir qurum var və ona çox böyük, rahat şərait yaradılıb- onların da fəaliyyəti yoxlanılmalıdır. "Rus Evi"nin və "Sputnik-Azərbaycan"ın məlum "nümunə"lərindən dərs çıxarıb, on illərdir Milli Məclis kreslosunda əyləşmiş Mixail Zabelinin rəhbərlik etdiyi Rus icmasının da Azərbaycanın onlara yaratdığı bu şəraitdən yararlanaraq əslində nə ilə məşğul olmalarını yoxlamaq lazımdır...
Bundan əlavə, Kremldə əyləşənlərin diqqətinə bir məqam da çatdırılmalıdır ki, Rusiyada yaşayan azərbaycanlıların böyük bir hissəsi Rusiya vətəndaşıdırlar. Və onlar kimi Rusiya vətəndaşı olmayanlar, yaxud müvəqqəti oturum hüququ alanlar, müvəqqəti yaşayış və iş icazələri olanlar da özləri, ailələri ilə bir yerdə artıq Rusiyada yaşayan şəxsdirlər, insandırlar. Onlara qarşı da hər hansı ayrı-seçkiliyə yol verilməməlidir. Orada yaşayan ruslar və digər millətlər kimi, azərbaycanlılar da Rusiyanın sahibi hesab olunmalı və ruslar qədər onların da haqq və hüquqları qorunmalıdır. Həm də ona görə ki, Rusiya, Azərbaycan da daxil olmaqla 15 respublikanın və 100-dən çox millətin bir yerdə qurduğu və qoruduğu Sovet İttifaqının varisidir. Və həmin SSRİ-nin Hitler faşizmindən müdafiə olunması uğrunda 300 mindən çox azərbaycanlı canını fəda edib, bir o qədər insanımızın qanı tökülüb...



Xəbəri paylaş




 
Redaktorun seçimi

Rövşən Nəcəf, niyə dəf olub getmirsən?!

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının

Qazaxda parklar “işğal” altında

DUZSUZ NAXÇIVAN: Məmur tamahı...

Həmkarlar İttifaqında Yeni Rəhbərlik

Adəm İsmayıl Bakuvi "Vəhdət" partiyasını satın alıb(?)!

Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...

Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı?

İcra başçısının "semiçka" pulu gələn obyekti...

FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub

Samuxa qoyulan pullar ÇÖLƏ ATILIR...

Tovuzda camaata hansı şəraitdə ƏT SATILIR?..

Qarabağa ayrılan pullar PKK-ya BELƏ ÖTÜRÜLÜR...

Cavid Gül "Bakcell"dən şikayətçidir

PKK-çılar QARABAĞDA: o qədər rahatdırlar ki...

Şəhid qardaşı səsinin edilmədiyini deyir...

Dövlət qayğısı adı altında OYUNBAZLIQ

Tibb qardaşı CƏRRAHA ÇEVRİLİRSƏ...

AZƏRİQAZ qaz itkisini BELƏ GİZLƏDİR

Bu rektorların KİTABI BAĞLANIB

Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ

'100 min manat QAZANILDI ': YALANÇININ...

Vüqar Əsgərov gömrük sistemini qarışdırır

Milli Məclisin biznesmen deputatları

Səbaildə söküntü qalmaqalı: İcra Hakimiyyəti xəbərsizdir?

Trampa görə Naxçıvandan olan sürücülərə ZÜLM EDİRLƏR

Abdin Fərzəliyevin yol əməliyyatı

Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır

Suraxanı məhkəməsindən saxtakarlıq

Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir...

"Aqroservis" ASC-də bir neçə rayon bölmə rəisinin

Xaraba günə qalan ŞABRAN...

Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ

AHİK-də “yenilik” şousu və reallığın acı üzü

QARA MALİYYƏNİN BOZ KARDİNAL I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR

Anar Quliyevlə Abdin Fərzəliyevin iş birliyi: Masazırda qanunszuz

"Nə qədər ki Zakir İbrahimov ordadır..."

FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir...

Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB...

Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR?

"“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."

ADSEA-da "qudalar" işin suyunu çıxardıb...

“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir?

Vaqif Həsənov müəllimləri “quş” adlandırıb?

Başsız qalan Gəncənin acınacaqlı halı

2 nömrəli məktəbdən başlayan səs-küylü maliyyə yoxlaması İlhamə

Deputatla qalmaqal yaşadığı deyilən Rafael Bünyatov görün kimdir

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ

AZAL sərnişinlərini gözlətməyi peşə halına gətirib
   
 
 
Buxeber.com © 2025
Qurucu rəhbər: Cavad Xan Namazlı,
Əlaqə telefonu: 055-286-14-66,
E'mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Top.Mail.Ru