Buxeber.com-a müraciət edən Sumqayıt şəhər sakini Ceyhun Şəfiyev Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən general-mayor Həzi Aslanov adına 22 saylı tam orta məktəbdə özbaşınalığın hökm sürdüyünü bildirir.
Hazırda həmin məktəbdə gözətçi vəzifəsində çalışan vətəndaş iddia edir ki, məktəb direktoru Tahirə Səfərovanın dövlətə məxsus təhsil müəssisəsini şəxsi mülkiyyəti kimi idarə erdiyini, necə deyərlər məktəbdə “at oynatdığını” deyir.
Şikayətçi deyir ki, direktorun qanunsuz fəaliyyəti uzun illərdir davam edir və bu barədə dəfələrlə aidiyyəti qurumlara məlumat verib, lakin hər hansısa bir tədbir görülməyib. Onun iddiasına görə dövlət tərəfindən məktəbin abadlaşdırılması üçün ayrılan vəsait direktor tərəfindən mənimsənilib və həmin pullarla özünə mülklər alıb.
O əlavə edir ki, direktor məktəbdə işçi qüvvəsini azaldaraq müəssisənin xadimlərini həm də fəhlə kimi işlədir. Ceyhun Şəfiyev Buxeber.com vasitəsilə aidiyyatı qurumlara müraciət edərək məktəbdə baş verən qanunsuzluqlarla bağlı ciddi araşdırma aparılmasını və tədbir görülməsini xahiş edir.