Top.Mail.Ru
BURDA SİZİN REKLAM OLACAQ!
Xəbər lenti
                                                 
Rövşən Nəcəf, niyə dəf olub getmirsən?! - AZARKEŞ ÜSYANI...
Bu gün, 16:23
Putinin adamı Bakıda - üçlü görüşün təfərrüatı
Bu gün, 11:27
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….
Bu gün, 11:24
Hüseyn Həsənova nə olub?
Bu gün, 11:22
Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib /FOTOLAR
Bu gün, 11:21
DUZSUZ NAXÇIVAN: Məmur tamahı... - “əl altından” 2 manata təklif olunur...
Bu gün, 11:17
Həmkarlar İttifaqında Yeni Rəhbərlik —Köhnə Oyunlar, Yeni Maskalar
Bu gün, 11:16
Adəm İsmayıl Bakuvi "Vəhdət" partiyasını satın alıb(?)! -Fürsətləri dəyərləndirməyi bacarır...
Bu gün, 11:13
Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...
Bu gün, 11:11
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?
9-09-2025, 00:44
"Anamın yolunu davam etdirəcəyəm"
5-09-2025, 08:40
“Hacı xanım” məhəllədə hamını şantaj edir” - VİDEO
5-09-2025, 08:38
İlqar Məmmədov od püskürdü: - “Qarant tərəfin həmin o pozucunun başını yarması...”
5-09-2025, 08:35
İcra başçısının "semiçka" pulu gələn obyekti... - FOTO
5-09-2025, 08:33
FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub - 16 mərtəbəli binada böyük cinayət
2-09-2025, 09:32
Hər bölümdən milyon qazanacaqlar
2-09-2025, 09:29
Meksikanı narkokartellər idarə edir - Trampdan İTTİHAM
2-09-2025, 09:28
Samuxa qoyulan pullar ÇÖLƏ ATILIR... - DE-FAKTO
2-09-2025, 09:27
Tovuzda camaata hansı şəraitdə ƏT SATILIR?.. - AQTA KOR OLUB?
2-09-2025, 09:25
Qarabağa ayrılan pullar PKK-ya BELƏ ÖTÜRÜLÜR... - ŞOK FAKTLAR...
2-09-2025, 09:23
Cavid Gül "Bakcell"dən şikayətçidir - FOTO
31-08-2025, 13:12
PKK-çılar QARABAĞDA: o qədər rahatdırlar ki... - Erin Mollaoğlunun KƏLBƏCƏRDƏ NƏ İŞİ?
30-08-2025, 12:56
Şəhid qardaşı səsinin edilmədiyini deyir... - MÜRACİƏT
25-08-2025, 07:53
Dövlət qayğısı adı altında OYUNBAZLIQ - şikayət
25-08-2025, 07:48
Tibb qardaşı CƏRRAHA ÇEVRİLİRSƏ... - VAY HALIMIZA...
25-08-2025, 07:43
"Ermənistan vətəndaşları ancaq turist kimi Azərbaycana gəlib-gedə bilərlər" - Elman Məmmədov
25-08-2025, 07:39
AZƏRİQAZ qaz itkisini BELƏ GİZLƏDİR - ÜZƏ ÇIXDI
25-08-2025, 07:36
Britaniyalıların 71%-i hökumətin qeyri-qanuni miqrasiyaya münasibətindən narazıdır - Sorğu
25-08-2025, 07:33
“İngilis pasportum var, amma azərbaycanlıyam”
25-08-2025, 07:30
Bu rektorların KİTABI BAĞLANIB - ADLARI...
25-08-2025, 07:29
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - DETALLAR
25-08-2025, 07:26
'100 min manat QAZANILDI ': YALANÇININ... - İFŞA...
25-08-2025, 07:23
Vüqar Əsgərov gömrük sistemini qarışdırır - DE FAKTO
25-08-2025, 07:20
Milli Məclisin biznesmen deputatları - "TOP-5"-də kimlər var?
14-08-2025, 05:34
Səbaildə söküntü qalmaqalı: İcra Hakimiyyəti xəbərsizdir? - BƏS, GÖRƏSƏN...
13-08-2025, 17:27
Trampa görə Naxçıvandan olan sürücülərə ZÜLM EDİRLƏR - Sürücülər deyir ki...
13-08-2025, 11:03
Proses tərəfləri yekun sülhə aparır - Professor
13-08-2025, 10:50
Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar
13-08-2025, 10:48
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -kütləvi etiraz var
13-08-2025, 10:47
Suraxanı məhkəməsindən saxtakarlıq - hakimdən Mehriban Əliyevaya şikayət edildi
13-08-2025, 10:45
Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir... - AYNA şefi belə pul qazanır...
13-08-2025, 10:44
"Adam məlumatı dəqiqləşdirər, sonra verər" - QALMAQAL
13-08-2025, 10:42
Ukrayna aviaşirkəti səhlənkarlıqda günahlandırılıb, İranda ölən sərnişinlərin ailələrinə zərəri ödəməli olacaq
13-08-2025, 10:40
"Aqroservis" ASC-də bir neçə rayon bölmə rəisinin dəyişdiriləcəyi gözlənilir - KİMLƏR GEDİR?
13-08-2025, 10:39
Xaraba günə qalan ŞABRAN... - VİDEO
13-08-2025, 10:37
Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ - İTTİHAM VAR...
13-08-2025, 10:35
AHİK-də “yenilik” şousu və reallığın acı üzü - BU NƏDİ BELƏ?
13-08-2025, 10:33
QARA MALİYYƏNİN `BOZ KARDİNAL`I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR...
13-08-2025, 10:31
Anar Quliyevlə Abdin Fərzəliyevin iş birliyi: Masazırda qanunszuz tikintiləri “KH İnşaat” necə icra edir? - VİDEO
30-07-2025, 17:50
Sabitlik hər an pozula bilər - Cəlaloğlu
30-07-2025, 11:43
 

İki şirkətə satılan ərazi qalmaqalı - “Siz heç bilirsiniz bunu kim tikir?"
Tarix: 26-05-2025, 17:29 | Çap et

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyəti Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib. Hazırda bu ərazidə torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən tikinti işləri aparılır.

Məsələ ilə bağlı sözügedən əraziyə yollanaraq vəziyyəti yerində müşahidə etdik. İnşa olunan binaların böyük əksəriyyəti yaşayış üçün tam hazır vəziyyətdədir. Hətta tikilinin aşağı mərtəbələrində iaşə obyektləri və mağazalar da fəaliyyət göstərir. Bununla yanaşı, ərazidə daha bir neçə binanın inşası üçün söküntü işləri aparılır.

Ərazidə görülən işlər açıq-aşkar fəallığın və planlı inşaat prosesinin getdiyini göstərir. Sahədə fəhlələr işləyir, texnikalar hərəkətdədir. Hər şey sanki bu ərazidə hər hansı bir mübahisə və ya problem yoxmuş kimi davam edir. Binaların hər biri də torpağı sonradan alan “Ailə Park” MTK tərəfindən inşa edilib.

Ərazini ilk aldıqlarını iddia edən "Star City Construction" şirkəti isə hüquqlarının pozulduğunu bildirir. Onların bildirdiyinə görə, torpaq sahəsini illər əvvəl rəsmi sənədlərlə alıblar və hazırda həmin ərazidə gedən tikinti işləri qanunsuzdur. Şirkət ya həmin torpaq sahəsinin geri qaytarılmasını, ya da bərabər dəyərdə başqa bir ərazinin verilməsini tələb edir.

"Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev də mübahisəli ərazidə idi. O bizimlə söhbətində xatırlatdı ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli" çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında" sərəncamı ilə ərazidə yerləşən 4,44 ha torpaq sahəsi şirkətin daimi istifadəsinə verilib. Lakin sonra məlum olub ki, eyni torpaq sahəsi "Ailə Park" MTK adlı şirkətə də ayrılıb:

“Ərazidə tikinti işlərinə başladıqdan sonra məlum oldu ki, həmin torpaq sahəsi daha sonra başqa bir şirkətə də satılıb. İkinci satış 2020-ci ildə, bizim müqaviləmizdən təxminən iki il sonra baş tutub. Bu satış barədə bizə nə əvvəlcədən bildiriş verildi, nə də sonradan hər hansı xəbərdarlıq edildi. Hətta bir neçə müştəri ilə müqavilə bağlayıb evlərin satışına başlamışdıq. Məsələ ilə bağlı məhkəməyə müraciət etdik və qərar bizim xeyrimizə oldu. Ancaq qanuni qüvvəyə minmiş bu qərar bu günə qədər icra olunmur. Hətta Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən verilmiş tapşırıqlar da yerinə yetirilmir.”

Hüquqi nümayəndənin sözlərinə görə, şirkət hazırda nəinki tikinti işlərini davam etdirə bilmir, həm də daha əvvəl ev alan müştərilərlə ciddi problemlər yaşayır:

“Hətta bizdən ev alan şəxslərə müqaviləni pozmaları üçün “Ailə Park” MTK tərəfindən təzyiqlər də olundu. Hazırda şirkətimizlə müqavilə bağlayıb ev almağı gözləyən insanlar var. Biz sonda alternativ olaraq tələb etdik ki, heç olmasa bizə başqa bir ərazidə torpaq sahəsi ayrılsın. Bu təklifi də müsbət cavablandırmadılar. Nərimanov Rayon İcra Hakimiyyəti isə dəfələrlə etdiyimiz müraciətlərə cavab vermir. Haqqımız olanı tələb edirik. Məhkəmə qərarı icra olunmalıdır”.

Mövqelərini öyrənmək üçün “Ailə Park” MTK-nın nümayəndələrinə yaxınlaşdıq. Onlar bizə bu məsələ ilə bağlı məlumatlarının olmadığını bildirdilər:

“Siz heç bilirsiniz bunu kim tikir? Burada özbaşına bir daş belə qoya bilmərik. Bu, dövlət səviyyəsində olan layihədir. Bu məsələyə başqa heç kim qarışa bilməz. Biz artıq bir neçə binanı tikib tamamlamışıq. Hazırda da digər tikililər üçün də işlər davam edir. Digər şirkətin iddiaları ilə bağlı məlumatımız yoxdur”.

Hətta "Sizin başqa işiniz-gücünüz yoxdur gəlmisiz bura?" deyib işimizi də öyrətməyə çalışdılar.

Məsələdə ən çox adı çəkilən tərəf olan Nərimanov Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etdik. Zənglərimiz cavabsız qaldı, elektron məktublarımıza isə heç bir reaksiya verilmədi. Tərəflərin mövqeyini təqdim etməyə hazırıq.




Xəbəri paylaş




 
Redaktorun seçimi

Rövşən Nəcəf, niyə dəf olub getmirsən?!

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının

Qazaxda parklar “işğal” altında

DUZSUZ NAXÇIVAN: Məmur tamahı...

Həmkarlar İttifaqında Yeni Rəhbərlik

Adəm İsmayıl Bakuvi "Vəhdət" partiyasını satın alıb(?)!

Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbdə qanunsuzluq...

Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı?

İcra başçısının "semiçka" pulu gələn obyekti...

FHN yüzlərlə ailəni fəlakətlə üzbəüz qoyub

Samuxa qoyulan pullar ÇÖLƏ ATILIR...

Tovuzda camaata hansı şəraitdə ƏT SATILIR?..

Qarabağa ayrılan pullar PKK-ya BELƏ ÖTÜRÜLÜR...

Cavid Gül "Bakcell"dən şikayətçidir

PKK-çılar QARABAĞDA: o qədər rahatdırlar ki...

Şəhid qardaşı səsinin edilmədiyini deyir...

Dövlət qayğısı adı altında OYUNBAZLIQ

Tibb qardaşı CƏRRAHA ÇEVRİLİRSƏ...

AZƏRİQAZ qaz itkisini BELƏ GİZLƏDİR

Bu rektorların KİTABI BAĞLANIB

Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ

'100 min manat QAZANILDI ': YALANÇININ...

Vüqar Əsgərov gömrük sistemini qarışdırır

Milli Məclisin biznesmen deputatları

Səbaildə söküntü qalmaqalı: İcra Hakimiyyəti xəbərsizdir?

Trampa görə Naxçıvandan olan sürücülərə ZÜLM EDİRLƏR

Abdin Fərzəliyevin yol əməliyyatı

Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır

Suraxanı məhkəməsindən saxtakarlıq

Anar Rzayevin ƏRKÖYÜN ŞİRKƏTİ: İstədiyini edir...

"Aqroservis" ASC-də bir neçə rayon bölmə rəisinin

Xaraba günə qalan ŞABRAN...

Təhsil sisteminin TƏHLÜKƏLİ CÜTLÜYÜ

AHİK-də “yenilik” şousu və reallığın acı üzü

QARA MALİYYƏNİN BOZ KARDİNAL I: Cavanşir Yusfiov YENƏ İŞ BAŞINDADIR

Anar Quliyevlə Abdin Fərzəliyevin iş birliyi: Masazırda qanunszuz

"Nə qədər ki Zakir İbrahimov ordadır..."

FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir...

Binəqədinin başçısı Binəqədinin BAŞINI BURAXIB...

Saleh Məmmədov dövlətin texnikasını DƏDƏ MALI BİLİR?

"“Azəriqaz”a vicdanla işini görən əməkdaş lazım deyil..."

ADSEA-da "qudalar" işin suyunu çıxardıb...

“Melissa Group”un başında oturanlar yenə həbsə düşmək istəyir?

Vaqif Həsənov müəllimləri “quş” adlandırıb?

Başsız qalan Gəncənin acınacaqlı halı

2 nömrəli məktəbdən başlayan səs-küylü maliyyə yoxlaması İlhamə

Deputatla qalmaqal yaşadığı deyilən Rafael Bünyatov görün kimdir

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ

AZAL sərnişinlərini gözlətməyi peşə halına gətirib
   
 
 
Buxeber.com © 2025
Qurucu rəhbər: Cavad Xan Namazlı,
Əlaqə telefonu: 055-286-14-66,
E'mail: [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Top.Mail.Ru